Martın 12-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Şamaxı-Yevlax yolunda son vəziyyət
"Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb".
Bizim.Media