Yaz ayında havaların yağıntılı keçməsi yığımı bir qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sovet dönəmində rayonda 100 hektara yaxın ərazidə çay becərilirdisə, indi məhsulverən çay plantasiyasının ərazisi cəmi 15 hektara yaxındır.
Həmin sahələr vətəndaşlara pay torpaqları kimi verilib. Əhalinin isə marağı bu sahəyə ildən-ilə azalır. Bu da nəticə etibarı ilə çay sahələrinin, eləcə də əldə olunan ümumi məhsulun azalmasına gətirib çıxarıb. Sakinlər bildirir ki, o dövrlər rayonda 70 tona yaxın quru çay emal edilirdi.
Havaların əlverişli keçməsi və edilən qulluq sayəsində bu il cəmi 4 ton quru çay əldə olunub. Bu il isə məhsuldarlığın bir qədər artıq olacağı gözlənilir. Buna səbəb, quraq keçən yay aylarında sahələri suvara bilmək üçün suvarma sisteminin qurulmasıdır.
Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, dünyada tanınan Zaqatala çayının bu gün də yerli və xarici bazarda yetərincə alıcısı var.
Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 10.07.2023
Məşhur Zaqatala çayı əvvəlki şöhrətinə QOVUŞUR – FOTO
Hazırda oxunan: Məşhur Zaqatala çayı əvvəlki şöhrətinə QOVUŞUR – FOTO
Hazırda oxunan: Məşhur Zaqatala çayı əvvəlki şöhrətinə QOVUŞUR – FOTO
145493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.