Şolları ilə məşhur olan Xaçmazda SU QITLIĞI – FOTO

Hazırda oxunan: Şolları ilə məşhur olan Xaçmazda SU QITLIĞI – FOTO

145471

Xaçmaz şəhərinin avtovağzaldan aşağı hissəsində yeni salınmış yaşayış massivində yaşayan sakinlər üçüncü gündür içməli suyun fasilələrlə verilməsindən narazıdırlar. 

Bu barədə Xaçmaz şəhərinin Ülvi Bünyadzadə küçəsində yaşayan, müəllim Aslan Abselimov Bizim.Media-ya məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzun bu kəndində sakinlər su qıtlığı ilə üz-üzə qalıb - FOTO


Onun sözlərinə görə, may ayına qədər içməli su mənzillərinə daimi gəlib. Yay başlayar-başlamaz su səhər 5-dən saat 3-4-ə qədər gəlib. Amma 3-cü gündür ki, mənzillərə su səhər 5-dən 9-a kimi, cəmi 3-4 saat verilir. 

Havaların çox isti və qızmar keçdiyi bir vaxtda içməli su qıtlığı sakinlərin narahatlığına səbəb olub. 

Aslan Abselimov deyir ki, analoji problem təkcə Ülvi Bünyadzadə küçəsində deyil, bütün məhəllədə yaşanır. Onun sözlərinə görə, keçən ilin yay mövsümündə də içməli su sarıdan korluq çəkiblər. 

Sakinlərin şikayətinə “Azərsu” ASC-nin 1 nömrəli Regional Su-Kanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramil Səmədov münasibət bildirib. 

O, məlumat verib ki, iqlim dəyişikliyi ilə əlaqədar nəinki Xaçmaz şəhərində və ümumən bütün respublikada buzlaqlarda və yeraltı sularda azalma müşahidə edilir: 

"Xaçmaz şəhərinin su mənbəyində də azalma hiss olunur. Amma biz azalmaya baxmayaraq, Xaçmaz şəhərinə fasiləsiz içməli su verməyə davam edirik. Bəzən həyət evlərində məhdudiyyətlər tətbiq etməyə məcbur oluruq". 

Ramil Səmədov Xaçmaz şəhərinin həyət evlərinə suyun fasilələrlə verilməsini sakinlərin içməli suyu həm də təsərrüfat məqsədləri üçün istifadə etmələri ilə əlaqələndirib. Bildirib ki, suyu yalnız içməli su kimi istifadə edərlərsə, mənzillərə su daha çox verilə bilər.

Bununla belə 1 nömrəli su-kanal idarəsinin rəsmisi Xaçmaz şəhərinin kifayət qədər su ehtiyatı olduğunu, şəhərin bütün istiqamətlərinə suyun verildiyini deyib. 

Qeyd edib ki, içməli su qənaətlə işlədilsə, bütün əraziyə su verilişini artıra bilərlər.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin