Məlum olduğu kimi, iyulun 7-də ölkəmizdə əksər din xadimlərinin İran mollaları ilə oxşar geyimlərdən istifadə etməsi ilə bağlı yazı dərc etmişdik.
Sözügedən məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışdıq.
Bizim.Media-nın sorğusuna cavab olaraq qurumun təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova bildirib ki, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib və həmin dövrdən tətbiq olunur:
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə əksər din xadimləri niyə İran mollaları kimi GEYİNİR? – İlahiyyatçıdan SENSASİON FAKTLAR
“Bəzi din xadimləri bu geyim formasına əməl etsə də, ondan istifadə etməyənlər də var. Məsələn, Heydər məscidində fəaliyyət göstərən din xadimləri geyim formasına ciddi əməl edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələni önəmli hesab edir və maarifləndirmə işləri aparır.
Eyni zamanda bildirək ki, İslam dininə aid ibadət evlərinə (məscid və ziyarətgahlara) təyin olunmuş din xadimləri üçün vəzifə təlimatı hazırlanır və həmin sənəddə geyimlə bağlı məqam da öz əksini tapıb. Hesab edirik ki, bütün bu işlərin yaxın gələcəkdə nəticəsini görə biləcəyik”.
Surxay Atakişiyev, Bizim.Media