Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma qaydalarını pozması ilə bağlı vətəndaşa bir gündə yeddi cərimə göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakının əksər küçə və prospektlərində sıxlıq var - BNA - FOTO
Belə ki, taksi sürücüsü Cəlal Axundov avtomobilinin cərimə olunub-olunmamasını hər ay yoxlatdığı halda ümumilikdə 144 manat olmaqla, ayrı-ayrı vaxtlarda yazılan yeddi köhnə cərimənin ona bir gündə göndərilməsindən narazı olduğunu bildirib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məsələyə aydınlıq gətirib.
Həmin süjeti təqdim edirik:
Bizim.Media