Əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə edib özünü yandırdı - Sumqayıtda

Hazırda oxunan: Əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə edib özünü yandırdı - Sumqayıtda

145417

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb. 

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb. 

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin