Polşanın ilk konstitusiyasının müəllifi azərbaycanlı olub - Tarixçidən ŞOK FAKTLAR

Hazırda oxunan: Polşanın ilk konstitusiyasının müəllifi azərbaycanlı olub - Tarixçidən ŞOK FAKTLAR

14540

"Kitabi-Dədə Qorqud" eposunda qeyd edildiyi kimi Azərbaycanda və Şərqi Anadoluda Oğuz boyları ilə döyüşən qıpçaqlar isə əsasən xristian idilər. Bu türk boyları arasında düşmənçiliyin əsas mənbəyi din ayrılığıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tarixçi Ramin Əlizadə bölüşüb. Özünün “Facebook” profilindəki paylaşımında AMEA Tarix İnstitutunun böyük elmi işçisi bildirib ki, “sonralar Oğuz türkləri Azərbaycanda, Anadoluda və müasir İran ərazilərində qüdrətli Böyük Səlcuq, Osmanlı, Baharlı (Qaraqoyunlu), Bayandurlu (Ağqoyunlu), Səfəvi, Əfşar və Qacar dövlətləri qurdular, buradakı qıpçaqlar isə onların içərisində dini mənsubiyyətlərini dəyişərək tədricən assimilyasiya oldular. 

 

MÖVZU İLƏ BAĞLI:

"Bu dünyada yaşamaq istəyirlərsə..." – Tarixçidən ermənilərə məsləhət


Alban türkləri də Sarı Kuman (Qıpçaq) əsilli idilər. Onların çox hissəsi Azərbaycanda Oğuz boylarının içərisində qaynayıb-qarışdılar, az bir qismi isə qıpçaq boylarının bir hissəsi ilə Şimali Qafqaza, oradan isə müasir Polşa, Ukrayna və Krım torpaqlarına getdilər.

XVI əsrdə Alban-Qıpçaq əsilli Azərbaycan filosofu, hüquqşünası Mxitar Qoşun "Qanunnaməsi" Polşa kralı Sigizmundun əlinə keçir, o bu kitabı Polşanın ilk konstitusiyası elan edir. 

Ukraynada yaşayan qıpçaqlar XV əsrin sonunda Şərqi Anadoludan köçmüş ermənilərlə tanış oldular və öz qədim yazıları unudulduğundan qrabar əlifbasından istifadə etdilər. Bundan sonra əvvəlcə müsəlmanlar (Krım türkləri) tərəfindən sonra isə, xristianlar tərəfindən ərmən (erməni) adlanmağa başladılar. 

Lakin əslən Qıpçaq olan bu "ərmənlər", əsl ermənilərdən fərqli olaraq heç vaxt özlərini hay adlandırmadılar. Onlar sonradan aşxarabarı (müasir erməni əlifbası) da mənimsədilər, lakin bu əlifba ilə yalnız öz dillərində yazırdılar. Onlar erməni-hay dilində yox, öz türkcəsində danışırdılar. 

Buna görə Qıpçaq ərmənlərdən soruşanda ki, dilin hansı dildir, deyir türkcə və ya tatarca.

 

Burada qalan ərmənlərin tanınmış nümayəndələrindən biri aşıq Sayat Novadır. Sayat Novanın əksər şerləri öz dilində, yəni türkcədir. Mxitar Qoşun "Qanunnaməsi" XVII əsrin əvvəllərində Qıpçaq ərmənlər tərəfindən Lvovda əsl adı ilə, yəni "Törə Bitigi" adı ilə nəşr edildi.


"Bu kitab bəzi məlumatlara görə, ümumiyyətlə bütün Ukraynada ilk dəfə mətbəə üsulu ilə çap olunmuş kitabdır”.

Anar Rəhimov, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin