Şəhidlərimizin xatirəsinə qısametrajlı film çəkdi...

Hazırda oxunan: Şəhidlərimizin xatirəsinə qısametrajlı film çəkdi...

145386
Moderator.az xəbər verir ki,Türkiyədə təhsil almış Azərbaycanlı rejissor şəhidlərin xatirəsinə qısametrajlı film çəkib.xa0

"Shine və Zoom" prodakşının dəstəyi ilə Türkiyədə rejissorluq təhsili alan araşdırmaçı yazar Zaur Tahirsoy şəhidlərin xatirəsinə qısametrajlı film çəkib. “Hədiyyə”x9d adlı bu film özündə milli mənəvi dəyərləri, Azərbaycan tarixində qadın qəhrəmanlığını və ailə dəyərlərini əks etdirir. Bu barədə Zaur Tahirsoy saytımıza açıqlama verib:

“Belə bir filmin ərsəyə gəlməsində ilk öncə "Shine" prodakşının direktoru Ramil Qocaya, filmin produsseri Nigar Şamilova və Fuad Nəzərliyə öz təşəkkürümü bildirirəm. Zeynəb Kəngərli və Nurlan Rüstəmov rollarını peşəkarlıqla canlandırdılar. Təbii ki, döyüş səhnəsinin gözəlliyi onun qrimindədir və bunun öhdəsindən qrim ustası Nəcibə Məmmədova məharətlə gəlib. Onu da qeyd edim ki, mükəmməl iş üçün təcrübəli komanda işi zəruridir və bu film də gözəl komanda işinin nəticəsidir. Məhz bu səbəbdən baxımlı və təsirli film olacağına inanıram".

Qeyd edək ki, iyul 24-də "Royal" Hoteldə filmin təqdimatı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin