Bakı-Quba yolunun Şabrandan keçən hissəsində baş verən dəhşətlu qəzanın tam baş vermə səbəbini öyrənmək üçün avtotexniki ekspertiza təyin edilib. Ekspetizanın rəyindən sonra qəzanın hansı səbəbdən baş verməsi məlum olacaq.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Abşeron sakini, 43 yaşlı Kamil Talışinski ilkin ifadəsində idarə etdiyi "Mersedes Espare" markalı avtomobillə Quba istiqamətinə gedərkən qəfildən idarəetməni itirdiyini deyib.
Onun sözlərinə görə, avtomobilində tanışı olan sərnişinləri Nabrana aparırmış.
Qəzada həyatını itirən 3 nəfərdən biri, Sumqayıt şəhər sakini, 57 yaşlı İlham Əliyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.
Faktı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə istintaq və təhqiqat şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:57 / 09.07.2023
Şabran qəzasında ölən 3 nəfərdən biri Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub
Hazırda oxunan: Şabran qəzasında ölən 3 nəfərdən biri Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub
Hazırda oxunan: Şabran qəzasında ölən 3 nəfərdən biri Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub
145377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.