Məhkəmə Gültəkin Hacıbəylinin oğlu ilə bağlı qərar verdi - FOTO

Hazırda oxunan: Məhkəmə Gültəkin Hacıbəylinin oğlu ilə bağlı qərar verdi - FOTO

14535

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə G.Hacıbəyli  feysbuk hesabında məlumat paylaşıb.

 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Rəhimzadə: “Gültəkin Hacıbəyli korrupsiyaya bulaşmış adamdır”

​​​​​​​
O bildirib ki, dünən Bakı Apellyasiya Məhkəməsi bununla bağlı qərar verib.

"Dünən Bakı Apelyasiya Məhkəməsində Almaniyada Universitetə daxil olmuş oğlumun ölkədən çıxışına icazə verilməsilə bağlı şikayətimə baxdılar".

"Nə mənim, nə oğlumun əsla gözləmədiyimiz halda şikayətim təmin edildi".

Qeyd edək ki, Toğrul Mehdinin atası Mahmud Mehdiyev bir neçə il əvvəl Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin