Ağalı və Talış kəndlərində 26 nəfər işlə təmin edilib

Hazırda oxunan: Ağalı və Talış kəndlərində 26 nəfər işlə təmin edilib

145319

"İşsizin dostu” proqramı artıq işğaldan azad edilmiş ərazilərimizdə də məşğulluğa dəstək göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, DOST İş Mərkəzi tərəfindən Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində 26 sakin həmin proqram çərçivəsində haqqı ödənilən ictimai işlərlə təmin edilib. 
Onlar bərpa-tikinti, sosial, abadlıq və s. sahələrdə çalışırlar.

Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Qeyd olunan kəndlər üzrə daha 20-dən çox sakinin proqrama cəlb edilməsi işləri aparılır və iki kənd üzrə “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin edilənllərin sayı 50-ə çatdırılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin