Qəbələdə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişiklik edilməsi ilə bağlı müşavirə keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bəzən insanlar yerli bələdiyyə və icra orqanları ilə razılıq əsasında qeyr-qanuni hər hansı tikinti işləri aparır.
Xüsusən mənzil, yaxud sahibkarlıq obyektlərinin tikintisi heç bir norma qaydalarına uyğun olmadan həyata keçirlir. Hər hansı təbii fəlakət və ya qəza baş verdikdə isə dövlətdən nəsə umurlar.
Məhz bu kimi neqativ halların qarşısını almaq məqsədi ilə dövlət başçısı 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərman imzalayıb.
Fərmanın icrası ilə əlaqədar Qəbələdə yerli bələdiyyə və icra orqanlarının iştirakı ilə görüş keçirilib.
Rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, eləcə də bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, nöqsanların tez bir zamanda aradan qaldırılmasının əhəmiyyətindən bəhs edib.
Rayonda dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə əlaqədar görüləcək işlər barədə məlumat verib.
Görüşdə, həmçinin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 09.07.2023
Qəbələdə özbaşına aparılan tikintilər dərhal dayandırılacaq - FOTO
Hazırda oxunan: Qəbələdə özbaşına aparılan tikintilər dərhal dayandırılacaq - FOTO
Hazırda oxunan: Qəbələdə özbaşına aparılan tikintilər dərhal dayandırılacaq - FOTO
145315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.