Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rza tədbirlərdən birində mahnı oxuyub.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər sosial şəbəkələrdə yayılıb.
O, oxuduğu "Ay Laçın" mahnısının sözlərini unudub, daha sonra zalda oturanların köməyi ilə sözləri yadına salıb.
85 yaşlı AYB sədri ifanın sonunda sözləri unutmağını belə şərh edib: "İndi mənə deyəcəklər ki, bir qədər az içəydin də".
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media