Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

Hazırda oxunan: Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

145244

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib. 

Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb. 

Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub. 

Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb. 

Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin