Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.
FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.
Hadisə zamanə FHN-in qüvvələri tərəfindşn qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 nəfər vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.
Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 07.07.2023
Yasamalda binada YANĞIN - Üç sakin təxliyə edilib - VİDEO
Hazırda oxunan: Yasamalda binada YANĞIN - Üç sakin təxliyə edilib - VİDEO
Hazırda oxunan: Yasamalda binada YANĞIN - Üç sakin təxliyə edilib - VİDEO
145134
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.