Bərdənin Mehtili kəndində qurunt sularının səviyyəsinin artması bəzi evlərə, fərdi təsərrüfatlara ziyan vurub.
Bu barədə yerli sakinlər Bizim.Media-nın yerli bürosuna müraciət edib.
Bildirib ki, yaranmış vəziyyətlə bağlı bir neçə quruma müraciət etsələr də heç nəticə əldə etməyiblər. Kənd ərazisində olan drenajlar və ötürücü borunun tutulması sözügedən problemi yaradıb.
Sakinlər həmçinin qeyd edirlər ki, qurunt suları ilə dolmuş kanallar ətrafa üfunət iyi yayır. Bundan başqa ətrafda oynayan azyaşlı uşaqların da həyatı üçün real təhlükə olduğu diqqətə çatdırılıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə yerli orqanlarla əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz yerli sakinlərin müraciəti kimi nəticəsiz qaldı.
Bizim.Media olaraq məsələni diqqətdə saxlayacağıq.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu