Azərbaycanlı alpinistdən FƏDAKARLIQ: Pakistanda müəllimin həyatını xilas ETDİ

Hazırda oxunan: Azərbaycanlı alpinistdən FƏDAKARLIQ: Pakistanda müəllimin həyatını xilas ETDİ

144998

Pakistanda azərbaycanlı alpinist fədakarlığı ilə dünyanın diqqətini çəkib. O, 7 500 metr yüksəklikdə qalmış müəllimi xilas edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb. 

Pakistanın yüksək Nanqa Parbat dağlıq ərazisində qar korluğu səbəbindən köməksiz vəziyyətdə qalmış yerli alpinist, universitetdə müəllim işləyən 45 yaşlı Asif Bhatti beş gün sonra təhlükəsiz şəkildə baza düşərgəsinə çata bilib. 
Pakistan Alp Klubunun katibi Karrar Haydri məlumatı təsdiqləyib. 

Belə ki, Asif Bhatti bazar günü 8 126 metr yüksəklikdəki dağa qalxmaq istəyərkən qar korluğu səbəbindən 4-cü düşərgədə - 7 500 metr hündürlükdə qalmağa məcbur olub. O, baza düşərgəsindəki insanlarla radio vasitəsilə əlaqə saxlayıb və kömək istəyib. Bhatti fiziki cəhətdən sağlam olmasına baxmayaraq, qar korluğu səbəbindən hərəkət edə bilməyib. 

Zirvəyə qalxan azərbaycanlı alpinist İsrafil Aşurli bazar ertəsi cənab Bhatti ilə əlaqə saxlayıb. O, zirvəsini tərk edərək Bhattinin enməsinə kömək edib. 

Onlar çərşənbə axşamı enməyə başlayıblar və axşama doğru 3-cü düşərgəyə çatıblar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin