Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyəti açıqlayıb.
AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir.
MÖVZU İLƏ BAĞLI:
DYP sürücülərə müraciət etdi
Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.
Giləzi-Xızı yolunda marşrut boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.
Bakı-Qobustan yolunda güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan-Şamaxı-Muğanlı yolunda qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı-Ağsu-Yevlax yolunda da qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.
Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çiskin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı yolunda qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var.
Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var.
Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.
Yevlax-Şəki (Göybulaq) yolunun Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy yolunda marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Lənkəran-Lerik yolunun Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Bizim.Media