Azərbaycanda dərman qıtlığının səbəbləri AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda dərman qıtlığının səbəbləri AÇIQLANDI

144865

“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”. 

Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib. 

Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir:

“Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunvericiliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”. 
O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin