İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib.
MÖVZU İLƏ BAĞLI:
Sertifikasiyanın birinci mərhələsi 2027-ci ildə YEKUNLAŞACAQ - NAZİR
Onun sözlərinə görə bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaqdır.
Alçina Amilqızı, Bizim.Media