Moderator.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyası 16 iyul 2016-cı il AXC-nin 27-ci ildönmü ilə bağlı tədbir keçirib. KXCP üzvləri Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət edib, məzara gül dəstələri qoyub. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsin sayğı ilə yad edib və Azərbaycanın dövlət himnini oxuyublar. AXC-nin ildönmü ilə bağlı çıxışlar olub. Daha sonra partiyanın mənzil qərargahında tədbir davam edib. Tədbirdə Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan Xalq hərəklatının aparıcı siyasi qüvvəsi olduğu vurğulanıb. AXC-nin yaradılmasında əməyi olanlar böyük sayğı və hörmətlə xatırlanıb. Tədbir iştirakçıları Azərbaycan Xalq Hərəkatının ilk günlərindən geniş söhbət açaraq Azərbaycan xalqının müstəqillik yolunda əzmkar mübarizəsindən geniş çıxış edib.

- A-
- A
- A+
Cəmiyyət
18:01 / 16.07.2016
KXCP AXC-nin 27-ci ildönümü ilə bağlı tədbir keçirib
Hazırda oxunan: KXCP AXC-nin 27-ci ildönümü ilə bağlı tədbir keçirib
Hazırda oxunan: KXCP AXC-nin 27-ci ildönümü ilə bağlı tədbir keçirib
144675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































