Bu ərazilərdə qanunsuz tikintilərin qarşısı alındı - VİDEO

Hazırda oxunan: Bu ərazilərdə qanunsuz tikintilərin qarşısı alındı - VİDEO

144649

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin