Ötən gün Qubaya yağan dolu və intensiv yağış rayonun dağ kəndlərində yenidən fəsadlar yaradıb.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, Babaçaya gələn güclü sel Dərk yolunu bağlayıb.
Bildirilib ki, Cimi, Çayqovuşan-Adur-Yerfi istiqamətində yolları dağıdıb. Sakinlərin sözlərinə görə, yollarda hərəkət mümkünsüz olub.
Qubadakı 11 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov Bizim.Media-ya bildirib ki, güclü sel Çayqovuşan-Yerfi, Çayqovuşan-Adur, Qayadal,Talışı və Dərk yolunu dağıdıb.
"İyunun 23-də güclü selin dağıtdığı Yerfi körpüsü bu dəfə də seldən zərər çəkib. Hazırda yol idarəsinin 6 texnikası və işçi qüvvəsi selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Yerfi körpüsünün bərpası istiqamətində iş aparılır", - deyən H.Seyidov dağ kəndlərinə gedən yol qismən açılsa da tam açılması üçün işlər davam etdirildiyini qeyd edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 05.07.2023
Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO
Hazırda oxunan: Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO
Hazırda oxunan: Qubaya düşən yağıntı bu körpünü DAĞITDI - FOTO/VİDEO
144642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.