Mədəniyyət Nazirliyində yeni təyinatların olması barədə özəl mənbələrimizə istinadən xəbər vermişdik. Eyni zamanda məlumatın rəsmi təsdiqi üçün Mədəniyyət Nazirliyinə sorğu göndərmişdik.
Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib:
MÖVZU İLƏ BAĞLI:
Mədəniyyət Nazirliyində yeni təyinatlar – ÖZƏL
“Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.
Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.
Eləcə də Fərid Qurbanzadə - Abşeron-Sumqayıt- Xızı Regional Mədəniyyət İdarəsininə, Rəşad Əliyevsə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunublar”.
Surxay Atakişiyev, Bizim.Media