İntihara cəhd edən jurnalistlə bağlı əmrə dəyişiklik EDİLDİ

Hazırda oxunan: İntihara cəhd edən jurnalistlə bağlı əmrə dəyişiklik EDİLDİ

144494

“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə A.Əliyevanın həyat yoldaşı, jurnalist Teymur Əliyev məlumat verib.

O bildirib ki, Aygün Əliyevanın işdən çıxarılması zamanı əsas göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aradan qaldırılıb: 

“Ölkəmizdə bu cür haqsızlıqla üzləşənlər adətən mübarizə aparmırlar. O isə apardı. 3 il davam edən ağır məhkəmə prosesində bütün instansiyalardan 2-3 dövrə keçdik.

Nəhayət ki dostlarımızın, bizi tanımayan adi vətəndaşların, KİV-in əvəzsiz dəstəyi, məhkəmə sistemindəki savadlı və ağıllı şəxslərin, dövlətin icra və qanunverici orqanlarındakı laqeyd olmayan insanların, iş yerinin yeni rəhbərliyinin müdrik davranışı nəticəsində bu proses bizi qane edəcək formada yekunlaşdı.
Həyat yoldaşımın artıq yalançı 70ç bəndi yoxdur, ləğv edildi. Onu artıq kimsə “peşəkarsız, amma bu maddə ilə götürə bilmərik” cavabı ilə məyus edə bilməyəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin