“İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq” - Dövlət Agentliyinin rəhbəri 

Hazırda oxunan: “İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq” - Dövlət Agentliyinin rəhbəri 

144493

“Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiymətində dəyişiklik ediləcək”. 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib. 

O söyləyib ki, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri agentlik həyata keçirir. 

“Səhiyyə sahəsində inflyasiya olur, qiymətlər artır. Bizim işlər daim təkmilləşdirilir, o cümlədən qiymətlərdə dəyişiklik olur. Yəni icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq. Amma bu, əhaliyə aid deyil, bizim görəcəyimiz işdir. Gərək tibb müəssisəsinə elə ödəniş edək ki, öz xərclərini rahat şəkildə qarşılaya bilsinlər”.

Z.Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir: 

“Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin