“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
“Fevralın 6-da Türkiyənin bir sıra bölgələrində zəlzələ olandan sonra İstanbulda zəlzələ olacağı deyildi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”, - deyə o qeyd edib.
Xatırladaq ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 04.07.2023
Qurban Yetirmişlidən Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına REAKSİYA
Hazırda oxunan: Qurban Yetirmişlidən Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına REAKSİYA
Hazırda oxunan: Qurban Yetirmişlidən Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına REAKSİYA
144462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.