"683 nəfər zəhərlənmə ilə bağlı müraciət edib" - Kliniki Tibbi Mərkəz

Hazırda oxunan: "683 nəfər zəhərlənmə ilə bağlı müraciət edib" - Kliniki Tibbi Mərkəz

144456

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib.

Bizim.Media Mərkəzin Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, onlardan 105-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib.

Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin