Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Horadiz” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, iyul ayının 2-də saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5 kiloqram 870 qram narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
İyul ayının 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
İyul ayının 4-də saat 00:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 04.07.2023
DSX sərhəddə əməliyyat keçirdi - FOTO
Hazırda oxunan: DSX sərhəddə əməliyyat keçirdi - FOTO
Hazırda oxunan: DSX sərhəddə əməliyyat keçirdi - FOTO
144453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.