Deputatdan TƏBİB-ə SƏRT qınaq - “Tısbağanı ya öldür, ya arxası üstə çevir, nə fərqi var?”

Hazırda oxunan: Deputatdan TƏBİB-ə SƏRT qınaq - “Tısbağanı ya öldür, ya arxası üstə çevir, nə fərqi var?”

14445

“Operativ qərargahı, TƏBİB-i karantin tətbiqindən imtina etməyə dəvət edirəm. Yenə qapanma olsa, sosial vəziyyət indikindən ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq.

Vətəndaşların qarşısına çıxıb cavab verəcəksiniz? Televizor ekranlarında yox, yerlərdə vətəndaşlarla birbaşa ünsiyyətdə cavab verə biləcəksiniz? Qərarlarınızı televizor ekranlarında yox, camaatın sıx toplaşdığı, etiraz etdiyi yerlərdə birbaşa ünsiyyətə girərək verin və "ləzzət"ini də görün”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

“YAP qurultayında qəbul olunan qərarlar çox düşündürücüdür” – Müxalif partiyanın rəhbəri


Deputat vətəndaşlardan karantin rejiminin yenidən tətbiqi və iş yerlərinin qapanması narahatlığı ilə bağlı saysız-hesabsız müraciətlər aldığını vurğulayıb:

“Nə etsinlər, evlərinə bir tikə çörək aparırlar, karantin müddətində isə sağ qalmaq üçün mübarizə aparırlar. Belə çıxır ki, "tısbağanı ya öldür, ya da arxası üstə çevir" nə fərqi var ki. Bir də polislə vətəndaşları üz-üzə qoymayın.

Mən və onlarla digər deputatlar, xeyli vəzifəli şəxslər və xeyli digər məmurlar bunu edir və taleyinə yazılan ağır ittiham və gözyaşı dolu şikayətləri dinləyir və psixologiyası da pozulur.

Bu gün hər kəsin - həm vəzifə daşıyanlaırn, həm də camaatın psixoloqa, psixoterapevtin müalicəsinə ehtiyacı yaranıb. Psixoloqa da, psoxiterapevtə də müraciət etməyə qorxursan ki, deyəcəklər dəli olub. Bizim mentalımız budur.

Demək ki, karantini tətbiq etməmək, xəstələrin müalicəsini düzgün təşkil etmək lazımdır”.

Deputat xəstələrin müalicəsinin düzgün təşkil edilməməsi ilə bağlı TƏBİB-ə irad bildirib:

“Birincisi, xəstəxanalara ən ağır xəstələr yerləşdirilsin. Digərlərinin müalicəsi isə yaşadığı yerdə aparılsın. Ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var. Ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün pulsuz dərmanlar çatdırılsın.

Bildiyimə görə də dərmanlar pulsuz verilməlidir. Yoxsa xəstə özü, yaxud da qohumları bütün ölkə boyu dərman axtarışına çıxır, pulu olmayanlar da bir neçə ilə qaytara bilməyəcəyi borca düşür.

Xəstələrin müalicəsi üçün bütün vacib mərhələlər televiziya ekranlarında reklam formasında əhaliyə izah edilsin, dərmanların adı göstərilsin və atılma qaydaları izah edilsin.

Qoy insanlar özləri də müalicə ilə məşğul olsunlar. Vətəndaş niyə gözləsin ki, ona dərmanı həkim yazsın? Məgər, istisnalar olmaqla müalicə hər kəs üçün eyni deyil?

Sadəcə, 14 və 21 günlük pulsuz dərmanları paket şəklində xəstələrə çatdıqmaq lazımdır. Belə olarsa, ajiotaj da olmaz”.

Deputat sərt karantinin yenidən tətbiqinə etiraz edib:

“Xəstələrin sayı bilirsiniz harada artır? Marşrut avtobuslarında üst-üstə gedən sərnişinlər vasitəsilə... Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin, vallah yazıqdırlar.

Karantin rejimi olacaqsa, qətiyyətlə etirazımı bildirirəm. Verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalsuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox…”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin