Xızının Altıağac qəsəbəsindəki seysmik stansiyadan AÇIQLAMA - ÖZƏL/VİDEO

Hazırda oxunan: Xızının Altıağac qəsəbəsindəki seysmik stansiyadan AÇIQLAMA - ÖZƏL/VİDEO

144444

"Biz zəlzələ baş verərkən neçə bal olmasını dərhal müəyyən edə bilmirik və aparatlar vasitəsilə bu məlumat mərkəzə-Respublika Seysmoloji Xidmət Mərkəzinə ötürülür".

Bu məlumatı özəl olaraq Azərbaycan Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin Xızıdakı Altıağac Seysmik-Telemetrik stansiyasının direktoru Ramiz Talıbov  Bizim.Media-ya verib.

Onun sözlərinə görə, stansiyada onlar yalnız aparatlara nəzarət edir, işlək vəziyyətdə olmasını təmin edirlər. Zəlzələnin neçə bal olması mərkəzdə məlum olur.

Ramiz Talıbov ötən gecə baş verən zəlzələnin Altıağac qəsəbəsində də hiss olunduğunu, neçə ballıq şkalada olmasını isə mərkəzi ofisdən öyrəndiklərini diqqətə çatdırıb.

Ramiz Talıbov əlavə olaraq bildirib ki, Altıağac telemetrik-seysmik  stansiyası Seysmoloji Xidmət Mərkəzinin bölgələrdəki 38 stansiyasından biridir. Onun sözlərinə görə, hazırda Qarabağda da yeni stansiya tikilir.

Bu stansiyaların hamısından aparatlar vasitəsilə Respublika Seysmoloji Xidmət Mərkəzinə məlumatlar ötürülür.

Qeyd edək ki, Xızının Altıağac qəsəbəsindəki seysmik stansiya artıq 14 ildir fəaliyyət göstərir.
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin