Fazil Mustafa: “...mətbuata senzura tətbiq edilməlidir”

Hazırda oxunan: Fazil Mustafa: “...mətbuata senzura tətbiq edilməlidir”

14442

Son günlər intihar hadisələrinin sayında artım var. Özünə qəsd edənlər daha çox gənc yaşda olanlardır. Əksər psixoloqlar intihar hadisələrinin KİV-də yayılmasının qadağan olunmasını təklif edirlər. Onların fikrincə, belə hadisələr ictimailəşdirildikcə, intihara meyl və edənlərin sayı artır. 

Əksəriyyət isə informasiya əsrində belə xəbərlərin tirajlanmasının təhlükəli olmadığını, ən əsası cəmiyyət olaraq insanlar arasında münasibət uçurumunun qarşısının alınmasını məqbul sayırlar. 

Bizim.Media-ya mövzu ilə bağlı danışan Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa bildirdi ki, parlamentdə intihar olaylarının qarşısının alınması ilə bağlı hansısa qərar və ya məsələlərin müzakirəsindən öncə maarifləndirmə işləri gücləndirilməlidir:

 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda intihar xəbərlərinə senzura qoyulmalıdır” - Psixoloqdan HƏYƏCAN SİQNALI


“İntiharın kökündə işsizlik, başqa məsələlərlə bağlı problemlər və depressiya durur. Zəif iradəli və ümidsiz insanlar buna əl atırlar.  Bu, olduqca ciddi problemdir. Psixoloqlar işləməli və daha çox ayrı-ayrı məktəblərdə bu istiqmətdə tədbirlər genişlənməlidir.

Hər halda intihar hadisələrinin qarşısının alınması üçün ciddi maarifçilik və psixoloji işin artırılması vacibdir”. 

Deputat intihar xəbərlərinin mediada tirajlanmasının qadağan edilib-edilməməsinə də toxunub: 

“Azərbaycanda intihar xəbərlərinin tirajlanmasına senzura tətbiq edilməlidir. İntiharla bağlı məlumatlar yayılmamalıdır. Çünki bu, özü-özlüyündə təsir göstərir və effektini verir. Zəif iradəli insanlar bundan təsirlənir”. 

Qeyd edək ki, keçən əsrin 60-cı illərinə qədər müxtəlif ölkələrdə intihar xəbərlərinin verilməsi ilə bağlı qadağalar mövcud olub. Hazırda belə bir qadağa olmasa da, Kanada, Avstriya və Yaponiya kimi ölkələr insanların özünəqəsd hallarını KİV-də yayımlamır.

Dünya Səhiyyə Təşkilatının media mütəxəssisləri də jurnalistlərə intihar xəbərlərini yaymamağa dair çağırışlar edirlər. 

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaqdı. Nazirlik iki il əvvəl dəyirmi masa keçirərək layihəni elan da etmişdi. Amma layihə hələki reallaşmayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin