Tərtərdə yaşlı qadın quyuya DÜŞÜB 

Hazırda oxunan: Tərtərdə yaşlı qadın quyuya DÜŞÜB 

144401

Tərtərdə yaşlı qadın quyuya düşüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bərdə - Ağdam yolunun məcburi köçkünlərin məskunlaşdığı Dördyol qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.  

Belə ki, Bərdə rayon Dəymədağlı kənd sakini 68 yaşlı Leyla İbrahimova Hüseyn qızı yol kənarından dəmir qutu toplayarkən su-kanalizasiya quyusuna düşüb.

Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xüsusi xilas ediciləri qadını quyudan çıxarıb.  

Müxtəlif bədən xəsarəti alan yaşlı qadın daha sonra xəstəxanaya çatdırılıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin