Meyvə şirəsi qatqılarının AĞILAGƏLMƏZ ZƏRƏRLƏRİ

Hazırda oxunan: Meyvə şirəsi qatqılarının AĞILAGƏLMƏZ ZƏRƏRLƏRİ

144355

İnsanların çoxu meyvə şirələrinin əsli və saxtasını fərqləndirə bilmir. Hansı ucuzdur, yaxud hansının reklamı güclüdürsə ona üstünlük verirlər. Çünki “nə də olsa meyvə şirəsidir, daha faydalı və dadlıdır” deyə fikirləşirlər.

İsti yay günlərində çox insan isə meyvə şirəsini özü hazırlaya bilmədiyindən hazır şəkildə satılan qatqıları alıb asan üsulla istifadəni üstün tuturlar. 10-50 qəpik civarında olan həmin bu qatqılar isə meyvə şirəsinin dadına bənzər dad verir. 

Ancaq rəngindən bəlli olur ki, heyranedici dadı olduğu kimi, ağlımıza gəlməyən ziyanları da ola bilər.

Bəs, meyvə sularına əvəzedici kimi satılan qatqılar nə dərəcədə ziyanlıdır?

Mövzuya “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bizim.Media üçün aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Onun sözlərinə görə heç bir qatqı və şirə evdə hazırlanan qədər ziyansız deyil:

“Konservləşdirilmiş istənilən qida məhsulu arzuolunan deyil. O cümlədən də şirələr. Əlbəttə onlar meyvə pürelərindən hazırlanır. Lakin əksər halda kimyəviləşmiş olur. Məsələn, narın şirəsini hətta soyuducuda belə 3- 4 gündən artıq saxlaya bilməzsiniz. Təmiz şirə çox qısa müddətdə qıcqırır, başqa hala keçir. Bu o deməkdir ki, qablaşdırmış istər böyük, istərsə də kiçik qablarda  meyvə şirələri adlanan bu şirələr kifayət qədər kimyəviləşib”.

Ekspert bəzi məhsulların etiketi və tərkibindəki fərqlərə də diqqət çəkib:

“Çox təəsüf ki, məhsulların etiketlərində tərkibindəki kimyəvi maddələrin hamısı yazılmır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) etiketlərlə tərkibin eyni gəlib-gəlməməsini araşdırır.  Lakin çox sayda belə hallar var ki, onlar araşdırılmamış qalıb. Bu cür şirələrin qəbulu, əlbəttə, məsləhət görülmür. Xüsusən də, çox istifadə etmək qətiyyən məqsədəuyğun deyil”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin