MEDİA prinsiplərə sadiqdir

Hazırda oxunan: MEDİA prinsiplərə sadiqdir

144346

Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələr Agentliyin fəaliyyətə başladığı dövrdən etibarən əsas götürdüyü prinsiplərə sadiq qaldığını deməyə əsas verir.

Ədalətli bölgü, şəffaflıq və obyektiv yanaşma… 

Müsabiqənin nəticələri məhz bu prinsipləri özündə ehtiva edir. Qaliblərin siyahısına nəzər yetirdikdə daha çox yeni media subyektlərinə rast gəlmək olur. Təbii ki, Azərbaycanda media subyektlərinin sayı yüzlərlədir və bunlar arasında əsas diqqətçəkənlər əsasən media holdinqləri olub, hətta oliqarxlaşmışları belə var. 

Bu vəziyyətdə yeni və peşəkar media subyektləri həmişə maliyyə çətinliyi ilə üzləşib, bir çoxu bağlanmaq məcburiyyətində qalıb, bir çoxu uzun müddət məhdud imkanlarla fəaliyyətini davam etdirib. Media Agentliyi məhz bu ədalətsiz mənzərəni aradan qaldırdı. 
Onsuz da kifayət qədər maliyyə imkanı olan holdinqlərdən daha çox, məhdud imkanları olan media subyektlərinə üstünlük verildi ki, bu da həm medianın rəngarəngliyinin, müxtəlifliyinin genişlənməsinə, həm də yeni medianın fəaliyyətinin stimullaşdırılmasına səbəb oldu. Agentlik yarandığı ilk gündən bu prinsiplə fəaliyyət göstərir. Bu dəfəki müsabiqənin nəticələri də bunu növbəti dəfə ortaya qoydu. 

Qaliblər arasında Demokrat.az saytı da var. Buna görə, əlaxüsus da yeni media subyektlərinə yaradılan imkanlara görə dövlətimizə təşəkkür edirik.

Bu dəstək mediamızın daha da inkişafı və peşəkar fəaliyyəti baxımından böyük stimuldur. Qaliblər arasında olan digər həmkarlarımızı da təbrik edirik.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin