Hacı Zeynalabdin Tağıyevin malikanəsi səhiyyə tarixi muzeyinə çevriləcək? – FOTO/VİDEO

Hazırda oxunan: Hacı Zeynalabdin Tağıyevin malikanəsi səhiyyə tarixi muzeyinə çevriləcək? – FOTO/VİDEO

144303

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində müasir tipli, son tibbi avadanlıqlarla təchiz olunan modern xəstəxana inşa olunacaq. 

Bu barədə Bizim.Media-ya Sumqayıt-Xızı dairəsinin millət vəkili Müşfiq Məmmədli məlumat verib. 

Onun sözlərinə görə, iyunun 6-da Milli Məclisdəki çıxışında bu tarixi qəsəbənin digər problemləri kimi, burada müasir xəstəxana binasının tikilməsi məsələsini də qaldırıb və səhiyyə naziri Teymur Musayevə müraciət edib.

Səhiyyə Nazirliyi məsələyə operativ və müsbət reaksiya verib. TƏBİB-dən bununla bağlı rəy alıb. 

Hazırda Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yeni xəstəxananın tikiləcəyi yer və digər məsələlərlə bağlı danışıqlar aparılır. 

Müşfiq Məmmədli çıxışında hazırda H.Z.Tağıyev qəsəbəsində 3 saylı xəstəxananın 1916-cı ildə Z.Tağıyevin malikənəsi kimi tikilən binada yerləşdiyini, 1924-cü ildən xəstəxana kimi fəaliyyət göstərdiyini deyib. Deputat 3 saylı xəstəxananın yerləşdiyi həmin binanın yeni bina tikiləndən sonra Azərbaycanda ilk səhiyyə tarixi muzeyi kimi fəaliyyət göstərməsini də təklif edib. 

Qeyd və millət vəkilinin təklifinə onu əlavə edək ki, məşhur xeyriyyəçi H.Z.Tağıyevin adı ilə bağlı olan Şollar su kəmərinin mənbəyində-Xaçmazın Şollar kəndində bu ilin fevral ayında çəkiliş zamanı 106 illik Şollar su kəmərinin tarixinə aid nadir foto, alət və avadanlıqlardan ibarət sərgi otağı da görmüşdük.
Deputat Müşfiq Məmmədlinin təklifi maraqlıdır. Elə Hacı Zeynalabdinin adını daşıyan və vaxtilə malikanəsi olmuş tarixi binada ilk səhiyyə tarixi muzeyinə çevrilməsi təklifi də reallaşsa, çox yerinə düşər.  
 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin