Şəmkirdə bir qrup Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələri təqdim edilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən tədbirdə İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövət himni səsləndirilib.
Sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Mmüharibəsindən, bu tarixi yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzdan, onların rəşadətindən və qəhrəmanlığından danışıb.
Digər çıxış edən natiqlər də bu möhtəşəm Zəfərin, eyni zamanda milli birliyin təntənəsi olduğunu qeyd ediblər.
Vurğulanıb ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Tədbirdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran Adlarının və Müvafiq Vəsiqələrinin Verilməsi üzrə Komissiya tərəfindən ilkin mərhələdə 642 nəfər şəmkirliyə "Müharibə veteranı" vəsiqələri verilib.
Qeyd edək ki, "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:38 / 03.07.2023
Şəmkirdə 642 qaziyə “Müharibə veteranı” vəsiqəsi VERİLDİ – FOTO
Hazırda oxunan: Şəmkirdə 642 qaziyə “Müharibə veteranı” vəsiqəsi VERİLDİ – FOTO
Hazırda oxunan: Şəmkirdə 642 qaziyə “Müharibə veteranı” vəsiqəsi VERİLDİ – FOTO
144271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.