Qız sevgilisini bu səbəbdən yandırıb – TƏFƏRRÜAT açıqlandı - FOTO

Hazırda oxunan: Qız sevgilisini bu səbəbdən yandırıb – TƏFƏRRÜAT açıqlandı - FOTO

14422

Bərdə rayonunda qadının sevgilisini yandırmasının təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə martın 7-də baş verib. Bakı şəhər sakini, 25 yaşlı Əliəhəd Eyvazov yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan bildiriblər ki, Ə.Eyvazov sifətinin hər iki tərəfi, qulağın, boyunun ön və arxa səthinin, döş qəfəsinin yuxarı hissəsi, hər iki əlinin 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

 

MÖVZU İLƏ BAĞLI:

Gənc sevgilisini qayınatasına dəyişən gəlinin etirafı – “O, mənə...”


Hadisənin təfərrüatı barədə danışan Ə. Eyvazovun anası Sevil Eyvazova bildirib ki, hadisə qızla oğlanın evlənməsi üstündə baş verib. Qız bir dəfə ailəli olub və anası oğlunun bu evliliyinə etiraz edib. 

Ana qeyd edib ki, boşanan qız oğlundan böyükdür, həm də bir uşağı var. Xatırladaq ki, 33 yaşlı Sevinc Məmmədova Əliəhəd Eyvazovla sosial şəbəkələr vasitəsilə tanış olub.  

Sevgili olan cütlük bir müddətdən sonra evlənməyə qərar versə də, oğlanın anası buna razılıq verməyib. Nəticədə sevgililər ayrılıb.

Martın 7-də qızın atası, Bərdə rayon sakini Natiq Məmmədov Ə.Eyvazova zəng vuraraq onunla görüşmək istədiyini deyib və bunun üçün onun Bərdə rayonuna gəlməsini istəyib.

Ə.Eyvazov Bərdəyə gedib. Burada N.Məmmədov Ə.Eyvazovla restoranda yeyib-içəndən sonra oğlanı evinə aparıb. Ə.Eyvazov evə daxil olan kimi N.Məmmədov onun qollarını tutub, qızı Sevinc Məmmədova isə bir şüşə spirti oğlanın başına tökərək ona od vurub.

S.Məmmədova, həmçinin Ə.Eyvazovun başına balta ilə zərbə endirmək istəsə də, atası onun bu hərəkətinə mane olub. Amma ürəyi soyumayan qız spirti oğlanın başından tökərək ona od vurub.

Oğlanın yandığını görən ailə onu çətinliklə söndürüb.Yaralı xəstəxanaya yerləşdirilib.

Qızın atası Natiq Məmmədov isə deyib ki, guya Ə.Eyvazov ona zəng edərək qızının onunla əxlaqsız hərəkətlər etdiyini bildirib.

N. Məmmədov da Ə.Eyvazova zəng vuraraq onu görüşə çağırıb və həmin faktları qızının üzünə deməsini istəyib. Oğlan qızla üzbəüz olarkən həmin faktları deyib və S.Məmmədova da Ə.Eyvazovun üzərinə spirt tökərək ona od vurub.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin