Şəki sakininin 6 il aldığı pensiya kəsilib.
Bizim.Media xəbər verir ki, Şəki rayonu, Qaratorpaq kənd sakini 40 yaşlı Cehun Məhərrəmov 2015-ci ildən 3-cü qrup əlillik üzrə pensiya alıb.
2021-ci ildə onun pensiyası dayandırılıb, xəstəxanada müalicə alması tövsiyə edilib. Həmin tarixdən sonra Cehun Məhərrəmov xəstəxana şəraitində 5 ay müalicə alıb.
Bunu təsdiq edən sənədləri aidiyyəti üzrə göndərsə də, ona yenidən müalicəyə davam etməsi barədə bildiriş göndərilib.
Davranış pozuntusu diaqnozu qoyulan Cehun Məhərrəmov hazırda işləyə bilmir. Pensiyası kəsildiyindən dərman almaqda çətinlik yaşanır.
Məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi münasibət bildirilib. Qeyd edilib ki, vətəndaşla əlaqə saxlanıb.
O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib. Onun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq və qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media