Dünən yağan leysan və dağlardan gələn sel suları Daşkəsənin Qabaqtəpə, Əhmədli və Əmirvar kəndlərində fəsadlara yol açıb.
Bizim.Media xəbər verir ki, sel daha çox Qabaqtəbə kənd ərazi nümayəndəliyinə tabe olan Devralı yaşayış məntəqəsinə ziyan vurub.
Əkin sahələri və meyvə ağacları yararsız vəziyyətə düşüb. 10-a yaxın evə sel suları dolub.
Sel kənd sakininə məxsus 45 qoyunu aparıb.
İsmayıllda isə selin apardığı avtomobil su çəkiləndən sonra çayın ortasında aşkarlanıb. Maşın çay daşlarına və quma ilişərək qalıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media