Qarabağa ilk 30 azərbaycanlı ailə köçürüldü - FOTO

Hazırda oxunan: Qarabağa ilk 30 azərbaycanlı ailə köçürüldü - FOTO

14418

Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 2020-ci ildə ayrılan vəsait hesabına, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə  həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlər yataqxanadan köçürüləcək? — Nazirlər Kabinetindən CAVAB


Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Repatriasiya Departamenti qəsəbədəki evlərin bölgüsündə şəffaflığı və ədalətliliyi təmin etmək üçün püşkatma keçirib.

Püşkatmanın nəticəsində müvafiq qaydada məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsinə başlanılıb.

Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30  məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb.

Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib.

Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin