“Hakimiyyətlər həmişə “vor zakon”x9dlardan öz məqsədləri üçün istifadə edib”x9d

Hazırda oxunan: “Hakimiyyətlər həmişə “vor zakon”x9dlardan öz məqsədləri üçün istifadə edib”x9d

144150

Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze maraqlı açıqlama ilə çıxış edib. O, siyasətə qoşulan bütün “vor zakon”x9dları Rusiyanın xeyrinə casusluq etməkdə ittiham edib.

Maraqlıdır, dövlətə qarşı cəbhə alan qanuni oğruların hakimiyyətin sifarişlərini icra etməsi mümkündürmü? Ümumiyyətlə, sovet dönəmində “vor zakon”x9dlardan dövlət və hakimiyyətin maraqları baxımından istifadə etmək təcrübəsi olubmu?

Moderator.az-a açıqlama verən ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal belə bir təcrübənin mövcudluğuna diqqət çəkdi:

“Vor zakon”x9d dediyimiz “qanuni oğrular”x9d SSRİ dönəmində KQB tərəfindən yaradılıb. Onlar ölkədəki. eləcə də həbsxanadakı cinayətkarlara nəzarət etmək üçün bu sistemi yaratdılar. Onlar həmişə hakimiyyətin nəzarətində olub. Hakimiyyət həmişə onlardan öz məqsədi üçün istifadə edib. Bir “vor zakon”x9d hakimiyyətin tabeçiliyindən çıxarsa ya öldürülür, ya da həbsdən çıxa bilmir. Bu mənada ukraynalı yetkilinin dediklərində həqiqət var. Hakimiyyət orqanının iradəsindən kənarda heç kim özbaşına dəstə yığa bilməz, oğru aləmində nüfuz sahibi ola bilməz. Hökmən ona hakimiyyətin hansısa qolu kömək etməlidir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin