Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.
MÖVZU İLƏ BAĞLI:
“YAŞAT” Fondunun layihəsi davam edir – Daha bir şəhidin körpəsinə hesab açıldı - FOTO
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Görüşdə iş adamları tərəfindən “YAŞAT” Fonduna dəstəklə bağlı qərarlar qəbul olunub.
Nümayəndə heyəti Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu ilə görüşüb.
Səlcuk Bayrakdaroğlu Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbəni Bütün Türkiyə ictimaiyyətinin öz sevinci kimi yaşadığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu səfərdəki əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondları ilə “YAŞAT” Fondu arasında işgüzar münasibətlərin formalaşdırılması və əməkdaşlıq protokolunun imzalanmasıdır.
Bizim.Media