“Belə getsə, yeni müharibə və Zəngəzurun itirilməsi uzaqda deyil” – Sabiq nazir müavini

Hazırda oxunan: “Belə getsə, yeni müharibə və Zəngəzurun itirilməsi uzaqda deyil” – Sabiq nazir müavini

14412

“Dövlətin sükanı arxasında Nikol Paşinyanın olacağı müddətdə müharibə heç də uzaqda görsənmir. Özü də bu dəfə Ermənistan ərazisində olacaq və nəticədə Zəngəzur mahalını (Sünik vilayəti) itirə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan martın 11-də jurnalistlərlə görüşündə bəyan edib.

Onun sözlərinə görə, hökumətin istefası ilə bağlı Baş Qərargahın açıqlamaları bu risklərlə bağlıdır. 

 

MÖVZU İLƏ BAĞLI:

Yunan mediasından İDDİA: “Azərbaycan ordusu Zəngəzura daxil olacaq”


Zakaryanın fikrincə, Silahlı Qüvvələrin etirazı davam edərsə, növbəti müharibə qaçılmaz olacaq.

“Müharibə olacağına əminəm. Bakı və Ankaranın Ermənistana olan iştahı azalmır. Görün, İlham Əliyev hansı hədələri səsləndirir. Deyir ki, ermənilər Zəngəzur dəhlizinin açılmasına mane törədə bilməzlər".

"Bununla yanaşı, Türkiyə rəhbərliyi Paşinyanı dəstəkləyən bəyanatlar verir. Baş nazirin fəaliyyəti Ermənistanın maraqları ilə üst-üstə düşmür”, deyə keçmiş nazir müavini qeyd edib.

“Müharibədən qaçmaq üçün Paşinyanın istefasına çalışmalıyıq”. Artak Zakaryan belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin