Xarici ölkələrdə 2 minə yaxın azərbaycanlı həkim fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, belə həkimlərimizdən biri də Almaniyada çalışan Cavid Hüseynzadədir.
Xatırladaq ki, azərbaycanlı həkim bu yaxınlarda Cavid Hüseynzadə Almaniyada klinikaların birinə qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsində şöbə müdiri vəzifəsinə təyin edilib.
O, Almaniyada 2016-cı ildə asisstent-həkim kimi fəaliyyətə başlayaraq, bir müddət öncə Facharzt (həkim-mütəxəssis) adını qazandıqdan sonra, karyerasına yeni addım adıb.
Bu ilin aprel ayından etibarən, Bad Salzungen klinikasının qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsində şöbə müdiri kimi çalışmağa başlayıb.
Bizim.Media