Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "İlisu Hamamı" adlanan ərazidə qayalıqdan yıxılan sakinin təxliyyəsi başa çatıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın Zəyəm kənd sakini, 30 yaşlı Zəfər Abdullazadə xilasedicilərin köməyi ilə qayalıqdan çıxarılaraq müvafiq orqanlara təhvil verilib.
MÖVZU İLƏ BAĞLI:
Qaxda turist qayalıq ərazidə yıxılıb - FOTO
Elə oradaca ona ilkin tibbi yardım göstərilib. Şəxs dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun müayinə və müalicəsi davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.