Hövsanın istismara yararsız avtobusu növbəti dəfə yolda QALDI – Sərnişinlərdən ETİRAZ - VİDEO

Hazırda oxunan: Hövsanın istismara yararsız avtobusu növbəti dəfə yolda QALDI – Sərnişinlərdən ETİRAZ - VİDEO

144077

Texniki baxımdan istismara yararsız sərnişin avtobusu yolda qalıb. 

Söhbət sərnişindaşımaya qənaətbəşx olmayan və dəfələrlə gündəmə gətirdiyimiz Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttindən gedir. 

Bu saatlarda Suraxanı qəsəbəsindən Hovsana doğru hərəkət edən 99 XJ 561 dövlət nömrə nişanlı sərnişin avtobusu Dədə Qorqud qəsəbəsi yaxınlığında yolda qalıb və içərisindəki sərnişinlər düşürülüb. 

Sürücünün bildirdiyinə görə avtobusun yolda qalmasına səbəb texniki nasazlıq olub. Bu isə sərnişinləri növbəti dəfə özündən çıxarıb. 

Bu barədə Bizim.Media-ya sərnişinlər məlumat verib. Dediklərinə görə həmin avtobus artıq bir neçə dəfədir ki, nasazlıqdan yolda qalır.

Belə ki, bəhs etdiyimiz xəttə təxminən 2 ay əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni avtobuslar verilib və bir müddət onlardan istifadə edilib.

Çox keçməmiş sürücülər texniki baxımdan yararsız, köhnə avtibusları geri götürüblər. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub. 

Bu dəfə də sərnişinlər növbəti dəfə narazılıqlarını ifadə edərək demək olar ki, hər gün bu duruma düşdüklərinə görə sürücüyə etirazlarını bildiriblər. Sürücü isə “yeni avtobusu istifadə edə bilmədik” deyə sərnişinlərə cavab verib. Yarı yolda qalan sərnişinlər taksi və digər marşrut xəttləri ilə mənzilbaşına gediblər.  
Qeyd edək ki, uzun illərdir istismarda olan 161 saylı marşrut xəttinin bütün avtobusları texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Rəsmi qurumlar dəfələrlə bu məsələyə əcam çəkəcəklərini bəyan etsələr də, problem həllini tapmır. 

Onu da əlavə edək ki,ötən ilin avqustunda Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan etmişdi. Həmin marşurutlar arasında 161 saylı avtobus da yer almışdı. 
 



Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin