Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir - SOS

Hazırda oxunan: Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir - SOS

14405

Martın 11-13-də hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar SOCAR-ın dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

SOCAR-dan Bizim.Media-ya verilən məlumata görə, son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Dənizdə dalğanın hündürlüyü 5.4 metrə çatdı - Faktiki hava


Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyyəsi həyata keçirilir.

Məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilmişdir.

Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin