Arvadını öldürə bilməyən ər ÖZÜNÜ VURDU – DETALLAR

Hazırda oxunan: Arvadını öldürə bilməyən ər ÖZÜNÜ VURDU – DETALLAR

144024

İyulun 1-də 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. 

Aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin