“Son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, respublikanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir.
Bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Bu gün, iyulun 1-də artıq 3 sel hadisəsi müşahidə olunub”.
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Nazir müavini, həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsız davranışlarına da fikir bildirib:
"Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir.
Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 01.07.2023
Aprel-iyun aylarında 81 sel daşqını olub – RƏSMİ
Hazırda oxunan: Aprel-iyun aylarında 81 sel daşqını olub – RƏSMİ
Hazırda oxunan: Aprel-iyun aylarında 81 sel daşqını olub – RƏSMİ
144020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.